Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 1,5% artaraq 4 mlrd. manatı ötüb

Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 1,5% artaraq 4 mlrd. manatı ötüb
  • Clock-gray 12:09
  • calendar-gray 17 İyul 2019

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2018-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 1,5% artaraq 4 090,1 mln. manat təşkil edib.

APA-Economics”in dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 2 998,7 mln. manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 73,3%-ni təşkil edib.

Cari ilin yanvar-iyun aylarında hər bir ölkə sakini orta hesabla 414 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 15,3 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

APA-Economics

Digər xəbərlər

Arxiv

date