Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 1,8% artıb

Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 1,8% artıb
# 20 avqust 2019 10:17 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2018-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 1,8% artaraq 4892,5 milyon manat olub.

APA-Economics-in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 3599,2 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 73,6%-ni təşkil edib.

Cari ilin yanvar-iyul aylarında hər bir ölkə sakini orta hesabla 495 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 18,9 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR