Azərbaycanda gələn il fiziki şəxslərin gəlir vergisi üzrə ödəmələri 33%-dən çox artacaq

Azərbaycanda gələn il fiziki şəxslərin gəlir vergisi üzrə ödəmələri 33%-dən çox artacaq
# 07 noyabr 2019 10:37 (UTC +04:00)

2020-ci il üçün fiziki şəxslərin gəlir vergisi üzrə ödəyəcəyi vəsaitin həcmi cari il ilə müqayisədə 33,5% çox olacağı proqnozlaşdırılır.

"APA-Economics"in məlumatına görə, bu, Hesablama Palatasının "2020-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə rəyində əksini tapıb.

Hesabatda qeyd olunub ki, 2020-ci il üçün hüquqi şəxslərin mənfəət vergisi üzrə 2 656,5 mln. manat (cari il üçün təsdiq edilmiş məbləğlərlə müqayisədə 0,5% az), sadələşdirilmiş vergi üzrə 380 mln. manat (18% çox), fiziki şəxslərin gəlir vergisi üzrə 1 175,0 mln. manat (33,5% çox), aksizlər üzrə 1 049,0 mln. manat (6,8% çox), mədən vergisi üzrə 134,5 mln. manat (1,1% çox) məbləğində vəsait nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR