Azərbaycanda gələn il sosial xərclərə 2,7 mlrd. manat daha çox vəsait xərclənəcək

Azərbaycanda gələn il sosial xərclərə 2,7 mlrd. manat daha çox vəsait xərclənəcək
# 20 sentyabr 2019 11:41 (UTC +04:00)

“Bu il 4,2 mln. insanı əhatə edən 3,9 mlrd. manatlıq sosial paket həyata keçirildi. Bu illə müqayisədə gələn il dövlət büdcəsində maaşlar və müavinətlərə, digər sosial xərclərə 2,7 milyard manat daha çox vəsait yönəldiləcək”.

APA-Economics”in məlumatına görə, bunu bu gün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Biznesə başlama” mövzusunda keçirilən təlimdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

V. Qasımlı deyib ki, bu da qeyri-neft sektorunun hesabına olacaq: “Gələn il qeyri-neft sektoru hesabına büdcədə 1 mlrd. manat daha çox vəsait toplanması gözlənilir. Azərbaycan pensiyalar və digər göstəricilərə görə MDB-nin lider ölkəsidir. Belə şəraitdə biznesə başlamanın asanlaşdırılması Prezidentin həyata keçirdiyi islahatların nəticəsidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR