Azərbaycanda ictimai iaşə dövriyyəsi 4,6% artıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi 4,6% artıb
# 19 avqust 2019 19:31 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında ictimai iaşə dövriyyəsi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 4,6% artaraq 826,1 milyon manat olub.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 41,1%-i hüquqi şəxslərin, 58,9%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür.

Hüquqi şəxslər üzrə dövriyyə 2018-ci ilin eyni dövrü ilə müqayisədə 4,5% artaraq 336,0 milyon manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR