Azərbaycanda illik inflyasiya 2,6% təşkil edib

Azərbaycanda illik inflyasiya 2,6% təşkil edib
  • Clock-gray 12:24
  • calendar-gray 16 Oktyabr 2019

Bu ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,6%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 3,5%, qeyri-ərzaq mallarının qiymətləri 1,3%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,4% artıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, cari ilin sentyabr ayında avqust ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,3%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,7%, qeyri-ərzaq mallarının qiymətləri 0,1% artıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb.

Qeyd edək ki, Azərbaycan hökuməti bu ilin sonuna ölkədə inflyasiyanın 3,8% təşkil edəcəyini proqnozlaşdırır. Ötən il Azərbaycanda inflyasiya 2,3% təşkil edib.

APA-Economics

Digər xəbərlər

Arxiv

date