Azərbaycanda ixrac təşviqi vergidən azad edilir

Azərbaycanda ixrac təşviqi vergidən azad edilir
# 23 oktyabr 2019 10:41 (UTC +04:00)

Gələn il yanvarın 1-dən Azərbaycanda ixracın təşviqi məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına ödənilən ixrac təşviqi vergidən azad ediləcək.

APA-nın məlumatına görə, bu, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.

Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada dövlət büdcəsinin vəsaiti hesabına ödənilən ixrac təşviqi vergidən azad ediləcək. Bura gəlir vergisi də daxildir.

Qanun layihəsi Milli Məclisin 12, 13 və 14 noyabr tarixlərində keçiriləcək iclaslarının gündəliyinə daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR