Azərbaycanda kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilat vergidən 10 illik azad edilir

Azərbaycanda kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilat vergidən 10 illik  azad edilir
  • Clock-gray 11:23
  • calendar-gray 23 Oktyabr 2019

Azərbaycanda kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilatın həcmi 10 il müddətinə vergidən azad olunur.

APA-nın xəbərinə görə,  bu, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.

Məcəllənin 218-1-ci maddəsinin ( Azadolmalar və güzəştlər) 218-1.1.1-ci bəndinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilatın həcmi – 2014-cü il yanvarın 1-dən 10 il müddətində vergidən azad olunur.

Qanun layihəsi Milli Məclisin 12, 13 və 14 noyabr tarixlərində keçiriləcək iclaslarının gündəliyinə daxil edilib.

Mirmahmud Kazımoğlu

Digər xəbərlər

Arxiv

date