Azərbaycanda kompensasiya hesablanmış vətəndaşların 98%-nə 633 mln. manatdan çox vəsait ödənilib

Azərbaycanda kompensasiya hesablanmış vətəndaşların 98%-nə 633 mln. manatdan çox vəsait ödənilib
# 17 oktyabr 2019 12:23 (UTC +04:00)

Bu ilin oktyabrın 1-nə Azərbaycanda kompensasiya hesablanmış vətəndaşların 98%-nə ümumilikdə 633,2 mln. manat həcmində ödənişlər edilib ki, bu da cəmi ayrılmış məbləğin 97%-ni təşkil edir.

APA-Economics”in Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının icrası ilə əlaqədar 602 min vətəndaşın kompensasiya çərçivəsinə, 300 mindən artıq vətəndaşın isə kreditlərin restrukturizasiyası çərçivəsinə düşməsi ilə bağlı siyahı müəyyən edilib.

Fərman çərçivəsində banklar və bank olmayan kredit təşkilatları tərəfindən silinən faiz və dəbbə pullarının həcmi 204,9 mln. manatdan çox təşkil edib. 42 min borcalanın kreditləri tamamilə bağlanıb, problemli kreditlərin illik 1% olmaqla 5 il müddətinə restrukturizasiyasına başlanılıb. Oktyabrın 1-nə 76 334 borcalanın 153,8 mln. manat məbləğindəki kreditləri güzəştli şərtlərlə restrukturizasiya edilib. Restrukturizasiya prosesi cari ilin sonunadək davam edəcək.

Bunlarla yanaşı, hesablanmış kompensasiya məbləğləri və vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyası ilə bağlı yaranan narazılıqlarla əlaqədar vətəndaşların müraciətlərinə baxılması və həlli məqsədilə Apelyasiya Komissiyası yaradılıb. Vətəndaşların onlayn qaydada müraciət etmək imkanlarının təmin edilməsi məqsədilə Apelyasiya Komissiyasının elektron portalı (www.ak.fimsa.az) da istifadəyə verilmişdir. Müraciətlərin edilməsi prosesində vətəndaşların rahatlılığının təmin olunması nəticəsində ilkin dövrlərdə Apellyasiya Komissiyasına çoxsaylı müraciətlər daxil olmuşdur. Xüsusilə, cari ilin aprel-may aylarında Apellyasiya Komissiyasına daxil olan müraciətlərin sayı 35 917, müraciət edənlərin sayı isə 25 704 olub.

Bütövlükdə, oktyabrın 15-nə Apelyasiya Komissiyasına 27 384 nəfər vətəndaşdan müraciət daxil olub ki, bunlardan 27 095 vətəndaşın müraciəti cavablandırılmış, 289-u isə hazırda Apelyasiya Komissiyasında baxılma mərhələsindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR