Azərbaycanda mobil rabitə sektorunun gəliri 2,6% artıb

Azərbaycanda mobil rabitə sektorunun gəliri 2,6% artıb
  • Clock-gray 09:51
  • calendar-gray 13 Noyabr 2019

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 737,1 mln. manat təşkil edib.

Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.

Hesabat dövründə ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6% artıb. Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 41,7%-ni təşkil edib.

Komitədən həmçinin bildirilib ki, bu ilin 10 ayı ərzində informasiya və rabitə müəssisələri tərəfindən 1 776,4 mln. manatlıq xidmət göstərilib: "Xidmətlərin 72,7%-i əhali tərəfindən istehlak olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri real ifadədə 16,1% artıb. Bu sahədə əldə olunan gəlirin 82,7%-i qeyri-dövlət sektorunun payına düşüb".

Nicat Mustafayev

Digər xəbərlər

Arxiv

date