Azərbaycanda ödəniş kartlarına dair yeni öhdəlik müəyyənləşib

Azərbaycanda ödəniş kartlarına dair yeni öhdəlik müəyyənləşib
# 19 noyabr 2019 17:27 (UTC +04:00)

Azərbaycanda ödəniş kartlarına dair yeni öhdəlik müəyyənləşib.

"APA-Economics"in məlumatına görə, bu, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin "Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları"nda etdiyi dəyişiklikdə əksini tapıb.

Beləliklə, ödəniş kartının üzərində müraciətləri hər gün 24 saat ərzində fasiləsiz qəbul edən emitentin və ya xidmət olunduğu kart təşkilatının əlaqə telefonları olmalıdır. İndiyə qədər ödəniş kartının üzərində sadəcə, emitentin və ya xidmət olunduğu kart təşkilatının əlaqə telefonlarının olması tələbi olub.

Emitent kartların emissiyasını həyata keçirən, kart istifadəçilərinə xidmət göstərilməsini, kart əməliyyatlarının avtorizasiyasını (özü və ya kart təşkilatı tərəfindən) və aparılmış əməliyyatların dəyərinin ekvayerə ödənilməsini təmin edən hüquqi şəxsdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR