Azərbaycanda pul bazası 16% artıb

Azərbaycanda pul bazası 16% artıb
# 30 avqust 2019 11:19 (UTC +04:00)

Bu ilin iyulun sonuna Azərbaycanda pul bazası 11 668,0 mln. manat təşkil edib ki, bu göstərici ilin əvvəlindən 1 024,3 mln. manat və ya 9,6%, son bir ildə isə 1 588,9 mln. manat və ya 15,8% artıb.

Azərbaycan Mərkəzi Bankından (AMB) “APA-Economics”ə verilən məlumata görə, cari ilin iyulun sonuna ölkədə manatla pul bazasının həcmi 10 574,3 mln. manat təşkil edib. Bu göstərici ilin əvvəlindən 1 028,6 mln. manat və ya 10,8%, son bir ildə isə 1 685,4 mln. manat və ya 19% artıb.

Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının sərbəst bank və məcburi ehtiyatları) daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR