Azərbaycanda qeyri-neft sektoru üzrə ixracın həcmi iyulda 26% artıb

Azərbaycanda qeyri-neft sektoru üzrə ixracın həcmi iyulda 26% artıb
# 30 avqust 2019 15:00 (UTC +04:00)

Bu ilin iyul ayında Azərbaycanda qeyri-neft sektoru üzrə ixracın həcmi 154 mln. ABŞ dolları təşkil edib.

"APA-Economics"in məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn deyib.

Onun sözlərinə görə, 2018-ci ilin iyul ayı ilə müqayisədə qeyri-neft sektoru üzrə ixrac 32 mln. dollar və ya 26% artıb.

Cari ilin iyul ayında qeyri neft-qaz məhsulları ən çox mal Rusiyaya (41 mln. dollar), Türkiyəyə (37,9 mln. dollar), İsveçrəyə (14,8 mln. dollar), Gürcüstana (14,7 mln. dollar) və Yunanıstana (6,1 mln. dollar) ixrac edilib.

Hesabat ayında qeyri-neft sektoru üzrə ixracda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 14,7 mln. dollar) birinci, albalı və gilas (12,5 mln. dollar) ikinci, emal olunmamış aşqarlanmamış alüminium (7,5 mln. dollar) üçüncü olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR