Azərbaycanın tətbiq etdiyi Rəqəmsal İdentifikasiya Sistemi bir sıra ölkənin marağına səbəb olub

Azərbaycanın tətbiq etdiyi Rəqəmsal İdentifikasiya Sistemi bir sıra ölkənin marağına səbəb olub
# 15 oktyabr 2019 10:11 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən reallaşdırılan blokçeyn əsaslı Rəqəmsal İdentifikasiya Sisteminin yaradılması layihəsi bir sıra ölkənin marağına səbəb olub.

AMB-dən “APA-Economics”ə verilən məlumata görə, qeyd olunan layihə Rusiyanın Soçi şəhərində təşkil olunan “Finopolis 2019” forumunun çərçivəsində keçirilən dəyirmi masada müzakirə olunub.

Bildirilib ki, adıçəkilən layihənin reallaşması nəticəsində fiziki və hüquqi şəxslər banka yaxınlaşmadan məsafədən bank xidmətlərini operativ şəkildə əldə edə biləcək, bu zaman tələb olunan məlumatların kağız daşıyıcılarında təqdim edilməsinə ehtiyac olmayacaq və bununla da məlumatların tamlığının, əlçatanlığının və məxfiliyinin qorunması təmin olunacaq.

Forum iştirakçılarının ciddi marağına səbəb olmuş təqdimat nəticəsində uzaq və yaxın qonşu ölkələrin nümayəndələri Mərkəzi Banka səfər arzusunda olduqlarını, o cümlədən paylanılmış reyestr texnologiyasının bank sistemində tətbiqi üzrə əməkdaşlıq etmək niyyətlərini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR