Azərbaycandakı bankların xarici öhdəlikləri ilin əvvəlindən 20% azalıb

Azərbaycandakı bankların xarici öhdəlikləri ilin əvvəlindən 20% azalıb
# 30 avqust 2019 13:52 (UTC +04:00)

Bu ilin avqust ayının 1-nə Azərbaycandakı kommersiya banklarının xalis xarici aktivləri 4 495,9 mln. manat təşkil edib ki, bu göstərici son bir ayda 223,2 mln. manat və ya 4,7% azalıb, ilin əvvəlindən 582,1 mln. manat və ya 14,9%, son bir ildə isə 648,8 mln. manat və ya 16,9% artıb.

Azərbaycan Mərkəzi Bankından (AMB) “APA-Economics”ə verilən məlumata görə, avqustun 1-nə ölkədə fəaliyyət göstərən kommersiya banklarının məcmu xarici aktivləri son bir ayda 190,5 mln. manat və ya 3% azalaraq 6 291,9 mln. manat təşkil edib. İlin əvvəlindən bu göstərici 385,6 mln. manat və ya 6,5%, son bir ildə isə 491,3 mln. manat və ya 8,5% artıb.

Bankların xarici öhdəlikləri avqustun 1-nə 1 471,2 mln. manat təşkil edib. Son bir ayda bu göstərici 29,4 mln. manat və ya 1,9%, ilin əvvəlindən 355,9 mln. manat və ya 19,5%, son bir ildə isə 413,1 mln. manat və ya 22% azalıb.

Kommersiya banklarının xarici valyutada olan depozitləri son bir ayda 10,4 mln. manat və ya 0,1%, ilin əvvəlindən 56,2 mln. manat və ya 0,6%, son bir ildə isə 87,5 mln. manat və ya 1% artaraq avqustun 1-nə 9 455,7 mln. manat təşkil edib.

Avqustun 1-nə bankların manatla depozitləri 7 555,4 mln. manat təşkil edib ki, bu göstərici son bir ayda 111 mln. manat və ya 1,5%, ilin əvvəlindən 531,6 mln. manat və ya 7,6%, son bir ildə isə 1 606,6 mln. manat və ya 27% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR