Azərbaycandakı sığorta şirkətlərinin bu il topladığı sığorta haqları 9%, sığorta ödənişləri isə 4% azalıb

Azərbaycandakı sığorta şirkətlərinin bu il topladığı sığorta haqları 9%, sığorta ödənişləri isə 4% azalıb
# 25 iyun 2019 16:38 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 319,3 mln. manat məbləğində sığorta haqları toplanıb, 93,8 mln. manat məbləğində sığorta ödənişləri həyata keçirilib.

APA-Economics”in Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) istinadən verdiyi məlumata görə, ötən ilin eyni dövrü il müqayisədə toplanan sığorta haqları 9%, həyata keçirilən sığorta ödənişləri isə 3,8% azalıb.

Hesabat dövründə könüllü sığorta bazarı üzrə haqlar 212,7 mln. manat, ödənişlər isə 64 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 106,6 mln. manat, ödənişlər isə 29,8 mln. manat olub.

Bu ilin yanvar-may aylarında sektor üzrə məcmu sığorta haqlarının 66,6%-i könüllü, 33,4%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 68,3%-i könüllü, 31,7%-i isə icbari sığorta növləri hesabına formalaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR