Azərbaycandan Gürcüstana tikinti materiallarının ixracı 3-%-ə yaxın artıb

Azərbaycandan Gürcüstana tikinti materiallarının ixracı 3-%-ə yaxın artıb
# 19 sentyabr 2019 11:28 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan tikinti materiallarının idxalını artırıb.

APA-nın yerli bürosu Gürcüstan Milli Statistika İdarəsinin hesabatına əsasən məlumat verir ki, hesabat dövründə Gürcüstana Azərbaycandan 15 109.8 min ABŞ dolları dəyərində 275 209.8 ton sement idxal edilib. Ötən ilin analoji dövrü ilə müqayisədə bu göstəricilər müvafiq olaraq 39,9% və 29% artıb.

Bununla yanaşı, cari ilin ilk səkkiz ayında Azərbaycandan Gürcüstana armatur ixracının dəyəri 71,9% artaraq 10 649,9 min dollar, həcmi isə 2 dəfə artaraq 22 913,5 ton təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR