Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 23% artıb

Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 23% artıb
# 16 iyul 2019 17:09 (UTC +04:00)

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanın Avropa İttifaqı ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi 6 482,1 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 22,8% çoxdur.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, eyni zamanda ötən ilin analoji dövrü ilə müqayisədə ixracın həcmi 28,2% artaraq 5 319,8 mln. dollara, idxalın həcmi isə 2,9% artaraq 1 162,3 mln. dollara bərabər olub.

Hesabat dövründə 4 157,5 mln. dollar müsbət ticarət saldosu yaranıb ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 37,7% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR