Azərbaycanın bu il ən çox məhsul idxal etdiyi ölkələrin reytinqi - TOP-10

Azərbaycanın bu il ən çox məhsul idxal etdiyi ölkələrin reytinqi - TOP-10
# 23 iyul 2019 10:22 (UTC +04:00)

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan əsas on ticarət tərəfdaşı ilə ümumi dəyəri 5 mlrd. ABŞ dollarından çox idxal əməliyyatları həyata keçirib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycan ən çox İsveçrədən idxal edib. Bu ölkədən sonra isə əsas idxal Rusiya, Türkiyə və Çindən həyata keçirilib.

Qeyd edək ki, ötən il İsveçrədən Azərbaycana 63,4 mln. dollar həcmində məhsul idxal edildiyi halda, bu il üçün bu rəqəm 16 dəfə artaraq 1 mlrd. dolları ötüb.

Xatırladaq ki, cari ilin ilk yarısında Azərbaycan 170-dən çox ölkə ilə 17 mlrd. dollara yaxın ticarət mübadiləsi həyata keçirib.

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın idxalında əsas ölkələrin reytinqi:

#

Ölkə

İdxal, min dollar

Ümumi idxala nisbətən, %

Ötən il reytinqdə mövqeyi

1

İsveçrə

1 009 053,55

14,38

-

2

Rusiya

1 004 069,50

14,31

1

3

Türkiyə

677 400,56

9,66

2

4

Çin

592 562,94

8,45

3

5

ABŞ

411 863,19

5,87

5

6

Kanada

390 615,96

5,57

-

7

Almaniya

331 511,17

4,73

4

8

İran

290 627,33

4,14

8

9

Ukrayna

215 912,28

3,08

6

10

Avstraliya

203 528,70

2,90

-

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR