Azərbaycanın Çinlə ticarət dövriyyəsinin mənfi saldosu 4,4 dəfə azalıb

Azərbaycanın Çinlə ticarət dövriyyəsinin mənfi saldosu 4,4 dəfə azalıb
# 20 sentyabr 2019 12:55 (UTC +04:00)

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın Çinlə apardığı ticarət dövriyyəsinin həcmi 1 543,4 mln. dollar təşkil edib ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 2,1 dəfə artıb.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, eyni zamanda, hesabat dövründə ixracın həcmi 21 dəfə artaraq 693,7 mln. dollara, idxalın həcmi isə 17,9% artaraq 849,7 mln. dollara bərabər olub.

Bu ilin yanvar-avqust aylarında Çinlə ticarət dövriyyəsində 158 mln. dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu da illik müqayisədə 4,4 dəfə azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR