Azərbaycanın gələn il üçün daxilii və xarici dövlət borclanmasının limitləri müəyyənləşib

Azərbaycanın gələn il üçün daxilii və xarici dövlət borclanmasının limitləri müəyyənləşib
# 18 oktyabr 2019 18:39 (UTC +04:00)

Azərbaycan Respublikasının 2020-ci il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 400 milyon manat müəyyənləşdirilib.

APA-nın məlumatına görə, bu, Maliyyə Nazirliyinin təqdim etdiyi 2020-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb.

Gələn il xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 1 milyard manat və il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi (limiti) 1 milyard manat məbləğində proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR