Azərbaycanın Gürcüstandan tütün məmulatları idxalı iki dəfədən çox azalıb

Azərbaycanın Gürcüstandan tütün məmulatları idxalı iki dəfədən çox azalıb
# 19 avqust 2019 12:39 (UTC +04:00)

Azərbaycanın Gürcüstandan tütün məmulatları idxalı iki dəfədən çox azalıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında məlumat verilib. Bildirilib ki, cari ilin yanvar-iyul ayları ərzində bu ölkədən Azərbaycana 22 936,2 min ABŞ dolları dəyərində 1 056,4 ton tütün məmulatları idxal edilib. 2018-ci ilin analoji dövründə isə Gürcüstandan 47 810,4 min ABŞ dolları dəyərində 2 640,8 ton məhsul idxal edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR