Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsinin müsbət saldosu 25%-ə yaxın artıb

Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsinin müsbət saldosu 25%-ə yaxın artıb
  • Clock-gray 10:10
  • calendar-gray 18 Noyabr 2019

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın Gürcüstanla apardığı ticarət mübadiləsinin həcmi 555 512, 93 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 56 125,52 min dollar və ya 11,2% çoxdur.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk on ayında Azərbaycandan Gürcüstana ixracın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 70 893,56 min dollar və ya 16,7% artaraq 495 567,65 min dollar, idxalın həcmi isə 14 768,04 min dollar və ya 19,8% azalaraq 59 945,28 min dollar təşkil edib.

Nəticədə, hesabat dövründə 435 622,37 min dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 85 661,6 min dollar və ya 24,5% çoxdur.

Mirsəid İbrahimzadə

Digər xəbərlər

Arxiv

date