Azərbaycanın İranla ticarət dövriyyəsinin mənfi saldosu 30% artıb

Azərbaycanın İranla ticarət dövriyyəsinin mənfi saldosu 30% artıb
# 18 noyabr 2019 12:34 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın İran ilə apardığı ticarət mübadiləsinin həcmi 422 688,2 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 99 239 min dollar və ya 30,7% artıb.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk on ayında Azərbaycandan İrana ixracın həcmi 30 998,62 min dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 8 704,93 min dollar və ya 39% çoxdur. İdxalın həcmi isə 391 689,58 min dollara bərabər olub ki, bu göstərici 2018-ci ilin eyni dövrü ilə müqayisədə 90 534,07 min dollar və ya 30,1% artıb.

Nəticədə, hesabat dövründə 360 690,96 min dollarlıq mənfi saldo yaranıb ki, bu da illik müqayisədə 81 829,14 min dollar və ya 29,3% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR