Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin mənfi saldosu 25%-ə yaxın artıb

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin mənfi saldosu 25%-ə yaxın artıb
# 16 iyul 2019 15:51 (UTC +04:00)

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanın MDB ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi 2 127,1 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16,5% çoxdur.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ixracın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 11,1% artaraq 608,7 mln. dollar, idxal isə 18,8% artaraq 1 277,7 mln. dollar təşkil edib.

Nəticədə hesabat dövründə 909,8 mln. dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 24,7% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR