Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin mənfi saldosu 27% artıb

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin mənfi saldosu 27% artıb
# 18 sentyabr 2019 15:26 (UTC +04:00)

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın MDB ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi 2 906,3 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 512,8 mln. dollar və ya 21,4% çoxdur.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ixracın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 114,9 mln. dollar və ya 16,8% artaraq 797,8 mln. dollar, idxal isə 397,9 mln. dollar və ya 23,3% artaraq 2 108,5 mln. dollar təşkil edib.

Nəticədə hesabat dövründə 1 310,7 mln. dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 283 mln. dollar və ya 27,5% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR