Azərbaycanın Qazaxıstanla ticarət dövriyyəsinin mənfi saldosu 48% artıb

Azərbaycanın Qazaxıstanla ticarət dövriyyəsinin mənfi saldosu 48% artıb
# 23 oktyabr 2019 17:14 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin həcmi 182 767,16 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12 957,32 min dollar və ya 7,6% çoxdur.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin doqquz ayında Azərbaycandan Qazaxıstana ixracın dəyəri 18 955,75 min dollar, idxalın dəyəri isə 163 811,41 min dollar təşkil edib. Nəticədə 144 855,66 min dollarlıq mənfi saldo yaranıb.

Hesabat dövründə ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın Qazaxıstana ixracı 17 013,22 min dollar və ya 47,3% azalıb, Qazaxıstandan idxalı isə 29 970,54 min dollar və ya 22,4% artıb. Ticarət mübadiləsi nəticəsində yaranan mənfi saldo illik müqayisədə 46 983,76 min dollar və ya 48% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR