Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 26% azalıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 26% azalıb
# 16 iyul 2019 10:07 (UTC +04:00)

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi ötən ilin ilk yarısı ilə müqayisədə 27,6% artaraq 16 994,66 mln. ABŞ dolları təşkil edib.

APA-Economics”in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə Azərbaycan xarici ölkələrə 9 979,03 mln. dollar dəyərində məhsullar ixrac edib, idxalın həcmi isə 7 015,63 mln. dollar olub. Nəticədə 2 963,40 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb.

Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə bu ilin ilk yarısında ixrac 15,2%, idxal 50,5% artıb, müsbət saldo isə 26% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR