Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 31% azalıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 31% azalıb
# 16 sentyabr 2019 16:10 (UTC +04:00)

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi ötən ilin ilk yarısı ilə müqayisədə 16% artaraq 22 901 835,45 min. ABŞ dolları təşkil edib.

APA-Economics”in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə Azərbaycan xarici ölkələrə 13 519 906,70 min. dollar dəyərində məhsullar ixrac edib, idxalın həcmi isə 9 381 928,75 min. dollar olub. Nəticədə 4 137 977,95 min. dollarlıq müsbət ticarət saldosu yaranıb.

Ötən ilin yanvar-avqust ayları ilə müqayisədə bu ilin ilk yarısında ixrac 5%, idxal 36,7% artıb, müsbət saldo isə 31,2% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR