"Azericard" VTS xidmətinin əhatə şəbəkəsini genişləndirir

"Azericard" VTS xidmətinin əhatə şəbəkəsini genişləndirir
# 06 noyabr 2019 12:15 (UTC +04:00)

Yaxın aylarda VTS (“Visa Token Service”) xidməti “Azericard” prosesinq mərkəzinin digər partnyor banklarının müştərilərinə də əlçatan olacaq.

"APA-Economics"in məlumatına görə, bunu Bakıda keçirilən IV Beynəlxalq Bankçılıq Forumunda çıxış edən “Azericard”ın baş direktoru Fərid Quliyev deyib.

Onun sözlərinə görə, hazırda bu xidmət Azərbaycan Beynəlxalq Bankının müştəriləri üçün tətbiq edilib.

"Hazırda bu xidmət yalnız “Azericard”ın şəbəkəsinə daxil olan partnyor banklar üçün əlçatandır", - deyə F. Quliyev qeyd edib.

Qeyd edək ki, “Visa Token Service” nağdsız ödənişlərin ödəniş kartları ilə yanaşı, müxtəlif vasitələr, o cümlədən mobil telefonlar vasitəsilə həyata keçirilməsinə, ödəniş kartları ilə aparılan əməliyyatlarda məlumatların emalı üzrə təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə, daha innovativ həllərin tətbiqinə imkan verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR