Bakı Fond Birjasının kapitalizasiyası 2,2% artıb

Bakı Fond Birjasının kapitalizasiyası 2,2% artıb
# 20 avqust 2019 13:32 (UTC +04:00)

Bakı Fond Birjasında (BFB) 2019-cu ilin ilk yeddi ayı ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 8,682,804,171 manat təşkil edib.

APA-Economics”-in BFB-yə istinadən verdiyi məlumata görə, 2018-ci ilin analoji dövrü üzrə əməliyyatların həcmi 7,588,475,112 olub. Nəticə olaraq, 2019-cu ilin ilk 7 ayı ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmində ötən ilin ilk 7 ayına nəzərən 14.4% artım qeydə alinib.

2019-cu ilin iyul ayına Bakı Fond Birjasının kapitalizasiyası 3,371,984,427 manat təşkil edib. 2018-ci ilin analoji dövrü üzrə BFB-nin kapitalizasiyası 3,300,720,666 manat olub. Ümumilikdə Birjanın kapitalizasıyası qeyd olunan dövr ərzində 2.2% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR