Bakıda BEPS layihəsinə həsr olunmuş regional iclas keçiriləcək

Bakıda BEPS layihəsinə həsr olunmuş regional iclas keçiriləcək
# 07 oktyabr 2019 17:47 (UTC +04:00)

Oktyabrın 8-10 tarixlərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) və Vergilər Nazirliyinin birgə təşkilatçılığı ilə “Avrasiya ölkələri üçün Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi” layihəsinə (BEPS) həsr olunan 5-ci regional iclas keçiriləcək.

APA-Economics”in Vergilər Nazirliyinə istinadən verdiyi məlumata görə, OECD və IOTA-nın birgə təşkilatçılığı ilə hər il keçirilən tədbirin əsas məqsədi BEPS-in Avrasiya ölkələrində tətbiqi prosesinin ətraflı müzakirəsi üçün səmərəli platforma yaratmaqdır.

Qeyd edək ki, OECD-nin vergi məsələləri üzrə əsas orqanı olan Vergi Siyasəti və İnzibatçılığı Mərkəzinin Qlobal əlaqələr və inkişaf şöbəsinin rəhbəri Ben Dikinson tədbirdə iştirak etmək üçün Azərbaycana gələcək.

Oktyabrın 8-də işə başlayacaq açıq sessiyalarda yerli və xarici dövlət orqanları, özəl sektor, təhsil müəssisələri, beynəlxalq və regional təşkilatlardan 80-ə yaxın nümayəndənin iştirakı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR