“Bank Melli İran”ın Azərbaycanda xalis zərəri 19 mln. manatı ötüb

“Bank Melli İran”ın Azərbaycanda xalis zərəri 19 mln. manatı ötüb
# 21 oktyabr 2019 17:30 (UTC +04:00)

"Bank Melli İran"ın Bakı filialı bu ilin yanvar-sentyabr aylarının yekunlarına dair maliyyə hesabatını açıqlayıb.

"APA-Economics"in sözügedən hesabata istinadən verdiyi məlumata görə, hesabat dövründə bankın xalis zərəri 19 315 899 manat təşkil edib. Qeyd edək ki, 2018-ci ilin analoji dövrü ərzində xalis mənfəət 1 799 525 manat təşkil edib.

Cari ilin doqquz ayında bankın cəmi aktivləri əvvəlki ilin analoji dövrü ilə müqayisədə 18,8% azalaraq 89 589 232 manat təşkil edib. Bankın cəmi öhdəlikləri isə 2,5% azalaraq 55 754 132 manata enib.

Ötən hesabat dövrünü 3 497 560 manat kredit portfeli (müştərilərə verilmiş kreditlər) ilə başa vuran bank, cari ilin yanvar-sentyabr aylarında bu göstəricidə 18,7%-lik artıma nail olaraq, onu 4 246 748 manata çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR