BFB-də AMB-nin 100 mln. manatlıq notları yerləşdirilib

BFB-də AMB-nin 100 mln. manatlıq notları yerləşdirilib
# 03 iyul 2019 18:31 (UTC +04:00)

Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən “APA-Economics”ə verilən məlumata görə, AMB-nin 50101076S dövlət qeydiyyat nömrəli, 100 mln. manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərrac zamanı 17 investor tərəfindən qiyməti 99,4966 AZN (6,51%) olan 25 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 629 434 400 AZN olub.

AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99,4966 AZN (6,51%), orta ölçülmüş qiyməti 99,4966 AZN (6,51%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100 mln. AZN təşkil edib. Notların ödəmə tarixi 31.07.2019-cu il.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR