BFB-də AMB-nin 200 mln. manatlıq notları yerləşdirilib

BFB-də AMB-nin 200 mln. manatlıq notları yerləşdirilib
# 04 sentyabr 2019 16:43 (UTC +04:00)

Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50101976S dövlət qeydiyyat nömrəli, 200 mln. manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən "APA-Economics"ə verilən məlumata görə, AMB-də istiqrazların yerləşdirilməsi üzrə keçirilən hərrac zamanı 17 investor tərəfindən qiyməti 99,5158 AZN (6,26%) olan 22 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 595 609 200 AZN olub.

Qeyd edək ki, AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99,5158 AZN (6,26%), orta ölçülmüş qiyməti 99,5158 AZN (6,26%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 mln. AZN təşkil edib.

Notların ödəmə tarixi 2 oktyabr 2019-cu ildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR