BFB-də AMB-nin 30 mln. manatlıq notları yerləşdirilib

BFB-də AMB-nin 30 mln. manatlıq notları yerləşdirilib
# 11 oktyabr 2019 16:42 (UTC +04:00)

Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50402676S dövlət qeydiyyat nömrəli, 30 mln. manat həcmində, 252 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən "APA-Economics"ə verilən məlumata görə, AMB-də istiqrazların yerləşdirilməsi üzrə keçirilən hərrac zamanı 7 investor tərəfindən qiymət intervalı 95,5201 AZN (6,70%) və 95,9693 AZN (6,00%) olan 9 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 116 879 400 AZN olub.

AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 95,8730 AZN (6,15%), orta ölçülmüş qiyməti isə 95,8798 AZN (6,14%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 mln. AZN təşkil edib.

Notların ödəmə tarixi 22 iyun 2020-ci ildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR