BFB-də AMB-nin 30 mln. manatlıq yeni müddətli ilk notları yerləşdirilib

BFB-də AMB-nin 30 mln. manatlıq yeni müddətli ilk notları yerləşdirilib
  • Clock-gray 15:42
  • calendar-gray 20 Sentyabr 2019

Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50202276S dövlət qeydiyyat nömrəli, 30 mln. manat həcmində, 84 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən "APA-Economics"ə verilən məlumata görə, AMB-də istiqrazların yerləşdirilməsi üzrə keçirilən hərrac zamanı 10 investor tərəfindən qiymət intervalı 97,8314 AZN (6,26%) və 98,6195 AZN (6,00%) olan 14 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 147 592 200 AZN olub.

Qeyd edək ki, AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 98,6111 AZN (6,04%), orta ölçülmüş qiyməti isə 98,6127 AZN (6,03%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 mln. AZN təşkil edib.

Notların ödəmə tarixi 16 dekabr 2019-cu ildir.

Xatırladaq ki, bu, AMB-nin emissiya etdiyi ilk yeni müddətli notlarıdır. Belə ki, emitent banklararası pul bazarının aktivləşməsini dəstəkləmək məqsədilə mərhələli şəkildə 84 günlük, 168 günlük və 252 günlük notların yerləşdirilməsini planlaşdırır.

APA-Economics

Digər xəbərlər

Arxiv

date