BFB-də Maliyyə Nazirliyinin 15 mln. manatlıq DOİ emissiyası yerləşdirilib

BFB-də Maliyyə Nazirliyinin 15 mln. manatlıq DOİ emissiyası yerləşdirilib
# 22 oktyabr 2019 17:04 (UTC +04:00)

Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin AZ0106020750 ISIN-li, 15 mln. manat həcmində, 1 092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən “APA-Economics”ə verilən məlumata görə hərrac zamanı 8 investor tərəfindən qiymət intervalı 96,1932 manat (10%) və 101,04 manat (8,10%) olan 14 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100 manat (8,5%), orta ölçülmüş qiyməti 100,1953 manat (8,42%) müəyyən edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 41 775 200 manat yerləşdirilən həcmi isə 15 mln. manat təşkil edib. İstiqrazların ödəmə tarixi 18.10.2022-ci ildir.

Hərrac iştirakçıları 23 oktyabr 2019-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR