BFB-də Maliyyə Nazirliyinin 15 mln. manatlıq istiqrazları yerləşdirilib

BFB-də Maliyyə Nazirliyinin 15 mln. manatlıq istiqrazları yerləşdirilib
# 10 sentyabr 2019 17:45 (UTC +04:00)

Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0105017757, 15 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən “APA-Economics”ə verilən məlumata görə, hərrac zamanı 12 investor tərəfindən qiymət intervalı 97,3093 AZN (9%) və 101,28 AZN (6,80%) olan 19 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 100,366 AZN (7,3%), orta ölçülmüş qiyməti isə 100,4837 AZN (7,23%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 42 665 200 manat, yerləşdirilmiş həcmi isə 15 mln. manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 2021-ci ilin sentyabrın 7-dir.

Hərrac iştirakçıları 11 sentyabr 2019-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR