BFB-də Maliyyə Nazirliyinin 20 mln. manatlıq istiqrazları yerləşdirilib

BFB-də Maliyyə Nazirliyinin 20 mln. manatlıq istiqrazları yerləşdirilib
  • Clock-gray 17:16
  • calendar-gray 16 İyul 2019

Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0105013756 ISIN-li, 20 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən “APA-Economics”ə verilən məlumata görə, hərrac zamanı 18 investor tərəfindən qiymət intervalı 96,4540 AZN (10,0000%) və 101,837 AZN (6,9997%) olan 29 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 100,6378 (7,6500%), orta ölçülmüş qiyməti 100,8307 (7,5447%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 90,2 mln. manat, yerləşdirilmiş həcmi isə 20 mln. manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 13.07.2021-ci il.

Hərrac iştirakçıları 17 iyul 2019-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

APA-Economics

Digər xəbərlər

Arxiv

date