“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə 270 mln. dollarından artıq qeyri-neft məhsulu ixrac olunub

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə 270 mln. dollarından artıq qeyri-neft məhsulu ixrac olunub
# 22 noyabr 2019 10:32 (UTC +04:00)

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə dünyanın müxtəlif ölkələrinə 270 milyon ABŞ dollarından artıq qeyri-neft məhsulu ixrac olunub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, ixrac olunan məhsulların əsas hissəsini tikinti-sənaye məhsulları (polad borular, polad armatur yayması), qiymətli metallar (qurğuşun, gümüş külçələr), kənd təsərrüfatı məhsulları (meyvə şirələri, pomidor, çuğundur, biyan kökü, tütün, pendir) təşkil edir. 2019-cu ilin ilk 10 ayında "Bir Pəncərə" vasitəsilə ixrac olunan məhsulların coğrafiyasında İsveçrə (62,5 mln. dollar), Rusiya (20,4 mln. dollar), Gürcüstan (15,6 mln. dollar), Türkiyə (12,1 mln. dollar) və Qazaxıstan (849,3 min dollar) fərqlənən ölkələr sırasına daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR