BOKT-lar attestasiyadan keçəcək

BOKT-lar attestasiyadan keçəcək
# 14 iyun 2019 14:31 (UTC +04:00)

Bank olmayan kredit təşkilatlarının (BOKT) inzbatçıları maliyyə bazarlarına nəzarət orqanında attestasiyadan keçəcək.

APA-nın məlumatına görə, bu, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “Bank olmayan kredit təşkilatları haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksni tapıb.

Sənədə əsasən, bu təynatlarla maliyyə bazarlarına nəzarət orqanının müsbət rəyi alındıqdan sonra həmin inzibatçılar öz vəzifələrinin icrasına başlayacaqlar. Attestasiyanın keçirilməsi qaydalarını maliyyə bazarlarına nəzarət orqanı müəyyən edəcək.

Qanun layihəsi Milli Məclisn növbədənkənar sessiyasının növbəti iclasına tövsiyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR