BOKT-lar tərəfində Azərbaycan iqtisadiyyatına kredit qoyuluşlarının həcmi 14% azalıb

BOKT-lar tərəfində Azərbaycan iqtisadiyyatına kredit qoyuluşlarının həcmi 14% azalıb
# 04 iyul 2019 16:19 (UTC +04:00)

Bu ilin ilk beş ayında Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatları (BOKT) tərəfindən ölkə iqtisadiyyatına kredit qoyuluşunun həcmi azalıb.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, hesabat dövründə BOKT-lar tərəfindən ölkə iqtisadiyyatına kredit qoyuluşu ilin əvvəlindən 14,1% azalaraq 336,6 mln. manat təşkil edib.

Statistikaya əsasən, BOKT-lar tərəfindən iqtisadiyyata qoyulan kreditin həcmi ötən illə müqayisədə 14,4% azalıb.

Qeyd edək ki, kredit təşkilatları tərəfindən bu il Azərbaycan iqtisadiyyatına qoyulan ümumi kreditlərdə BOKT-ların xüsusi çəkisi 2,6% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR