Büdcə zərfinə daxil olan sənədlərin MM-də II oxunuşda müzakirə ediləcəyi tarix məlum olub

Büdcə zərfinə daxil olan sənədlərin MM-də II oxunuşda müzakirə ediləcəyi tarix məlum olub
# 13 noyabr 2019 17:42 (UTC +04:00)

2020-ci il üçün büdcə zərfinə daxil olan sənədlərin Milli Məclisdə II oxunuşda müzakirə ediləcəyi tarix məlum olub.

APA-nın xəbərinə görə, parlamentin noybarın 26-da keçirilməsi nəzərdə tutulan plenar iclasında büdcə zərfinə daxil olan sənədlər II oxunuşda müzakirə olunacaq.

Qeyd edək ki, büdcə zərfinə "2020-ci il dövlət büdcəsi haqqında”, "2020-ci il üçün yaşayış minimumu haqqında”, "2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il üçün xərclər smetası haqqında”, “Hesablama Palatasının 2020-ci il üçün xərclər smetası haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il üçün dövlət büdcəsi haqqında” qanun layihələri daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR