BVF: Qlobal ÜDM 700 mlrd. dollar itirə bilər

BVF: Qlobal ÜDM 700 mlrd. dollar itirə bilər
# 21 noyabr 2019 11:03 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondunun (BVF) hesablamalarına görə, qlobal ÜDM-in itkisi 2020-ci ilədək 700 milyard dollara çatacaq ki, bu da planetin ümumi daxili məhsulunun 0,8% təşkil edir.

"APA-Economics"in “TASS”a istinadən verdiyi məlumata görə, bunu BVF-nın baş direktoru Kristalina Georgiyeva aparıcı dünya təşkilatlarının rəhbərlərinin iştirakı ilə dördüncü dəyirmi masadan sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2019-cu ildə qlobal iqtisadiyyatın böyüməsinin cəmi 3% olacağı gözlənilir ki, bu da son on ildə qeydə alınan ən zəif dinamikadır. K.Georgiyeva qeyd edib ki, əsas amil beynəlxalq aləmdə qeyri-müəyyənliyin artmasına səbəb olan ticari ziddiyyətlərdir.

BVF-nın baş direktorunun fikrincə, belə şəraitdə bir sıra sahələrdə - ekologiyadan tutmuş iqlim dəyişikliyinə qarşı mübarizədə maliyyə və fiskal siyasətinə qədər çoxtərəfli əməkdaşlığın yeni effektiv metodlarını tapmaq olduqca aktualdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR