Əcnəbilər üçün dünyanın ən bahalı şəhərlərinin reytinqi açıqlanıb - TOP-20

Əcnəbilər üçün dünyanın ən bahalı şəhərlərinin reytinqi açıqlanıb - TOP-20
# 16 dekabr 2020 11:55 (UTC +04:00)

"ECA International" konsaltinq agentliyi tərəfindən əmək miqrantları üçün 2020-ci ildə dünyanın ən bahalı şəhərlərinin reytinqi hazırlanıb.

"APA-Economics"in agentliyə istinadən verdiyi məlumata görə, əcnəbi işçilərin ən çox xərc çəkdiyi şəhər Honkonq olub. "ECA International"ın Asiya departamentinin rəhbəri Li Kueyn bildirib ki, COVID-19 pandemiyasının təsirinə baxmayaraq, Honkonq əcnəbilər üçün ən bahalı şəhərdir, bunun əsas səbəbi isə şəhərdə mənzil və kirayə qiymətlərinin çox yüksək olmasıdır.

Honkonqun ardınca ən bahalı şəhərlərin siyahısında Tokio, üçüncü pillədə isə Nyu-York qərarlaşıb.

Qeyd edək ki, reytinqin hazırlanması üçün agentlik valyuta məzənnələrində dəyişikləri nəzərə almaqla, orta hesabla əcnəbi miqrantın istehlak səbəti çərçivəsində (kommunal xidmətlər daxil olmaqla) əldə edə biləcəyi mal və xidmətlərə xərclədiyi vəsaiti müqayisə edib.

Əmək miqrantları üçün 2020-ci ildə dünyanın TOP-20 bahalı şəhərləri:

#

Şəhər

Ölkə

1

Honkonq

Honkonq

2

Tokio

Yaponiya

3

Nyu-York

ABŞ

4

Cenevrə

İsveçrə

5

Sürix

İsveçrə

6

London

Böyük Britaniya

7

Tel-Əviv

İsrail

8

Seul

Cənubi Koreya

9

San-Fransisko

ABŞ

10

Yokohama

Yaponiya

11

Şanxay

Çin

12

Kopenhagen

Danimarka

13

Bern

İsveçrə

14

Sinqapur

Sinqapur

15

Quançjou

Çin

16

Qüds

İsrail

17

Şençjen

Çin

18

Pekin

Çin

19

Brazzavil

Konqo

20

Port-Morsbi

Papua Yeni Qvineya

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR