DGK-nin büdcə daxilolmaları sentyabrda 5%-ə yaxın azalıb

DGK-nin büdcə daxilolmaları sentyabrda 5%-ə yaxın azalıb
  • Clock-gray 12:47
  • calendar-gray 09 Oktyabr 2019

Bu ilin sentyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 376 759,34 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da əvvəlki aya nisbətən 4,6% azdır.

APA-Economics”in DGK-yə istinadən verdiyi məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi cari ilin avqust ayı ilə müqayisədə 8,4% artaraq 104 870,17 min manat olub.

ƏDV üzrə daxilolmalar isə sentyabrda 7,6% azalaraq 251 628,45 min manat, aksizlər üzrə 24,6% azalaraq 16 789,38 min manat, yol vergisi üzrə daxilolmalar isə 1,4% azalaraq 3 471,34 min manat təşkil edib.

APA-Economics

Digər xəbərlər

Arxiv

date