Gələn il dövlət büdcəsinə mədən vergisindən daxilolmalar artacaq

Gələn il dövlət büdcəsinə mədən vergisindən daxilolmalar artacaq
# 18 oktyabr 2019 16:59 (UTC +04:00)

Gələn il Azərbaycanın dövlət büdcəsinə mədən vergisi şəklində 134,5 mln. manat daxil olması proqnozlaşdırılır ki, bu da 2019-cu il üçün olan proqnoz ilə müqayisədə 1,1% çoxdur.

Maliyyə nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, 2019-cu ildə mədən vergisindən dövlət büdcəsinə 133 mln. manatın daxil olması proqnozlaşdırılır.

Məlumata əsasən, 2020-ci ilə proqnozlaşdırılan dövlət büdcəsinin gəlirlərinin 56,1% və ya 13 530 mln. manatı neft sektorundan, 43,9% və ya 10 604,5 mln. manatı qeyri-neft sektorunun payına düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR