ARDNF investisiya portfelində qızılın payını artırıb

ARDNF investisiya portfelində qızılın payını artırıb
# 02 avqust 2019 10:17 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu ilin yanvar-iyun aylarında 44,52 ton qızıl alıb. Bu ilin ikinci rübündə isə Fond tərəfindən alınan qızılın həcmi 23,72 ton olub.

APA-Economics”in ARDNF-ın 2019-cu ilin birinci yarısının yekunlarına dair hesabatına istinadən verdiyi məlumata görə, iyunun 30-na Fondun investisiya portfelində qızılın ümumi həcmi 95,47 ton olub.

Qeyd edək ki, 2018-ci ilin sonuna olan məlumata görə, ARDNF-ın investisiya portfelində qızılın ümumi həcmi 50,95 ton təşkil edib.

Hazırda Fondun investisiya portfelində qızıl investisiyalarının çəkisi 10,3%-dir (bu ilin birinci rübündə 7,4% olub).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR