Emal üçün Azərbaycana idxal olunan propan gömrük rüsumundan azad edilib

Emal üçün Azərbaycana idxal olunan propan gömrük rüsumundan azad edilib
# 14 iyul 2019 00:18 (UTC +04:00)

Təmizliyi 99 %-dən az olmayan propan istisna ilə, Azərbaycana gətirilən propana tətbiq edilən 15 faiz idxal gömrük rüsumu ləğv edilib.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edib.

Beləliklə, emalın spesifik prosesləri və proseslərdə kimyəvi çevrilmələr, o cümlədən digər məqsədlər üçün təmizliyi 90 %-dən çox, lakin 99 %-dən az olan propan 15 faiz idxal gömrük rüsumundan azad edilib. Təmizliyi 99 %-dən az olmayan propan üçün tətbiq edilən 15 faiz idxal gömrük rüsumu isə qüvvədə qalıb.

Bu qərar dərc edildiyi gündən 30 gün sonra, yəni avqustun 14-də qüvvəyə minir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR